Təhsil Nazirliyinin məlumatına görə…

019-cu ildə ölkəmizi Intel ISEF-də “Sabahın alimləri” VIII respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 7 şagird 5 layihə ilə təmsil edəcək.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, mayın 12-dən 19-dək ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel ISEF-də Bakı Avropa Liseyinin XI sinif şagirdi Zamin Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Vaqif Məmmədzadə, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Zəhra Qasımzadə, eləcə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ruslan Bayramov, Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Baxşəliyevanın iştirakı nəzərdə tutulur.Xatırladaq ki, “Sabahın alimləri“ VIII respublika müsabiqəsi fevralın 12-dən 14-dək Bakı şəhərində keçirilib. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529-u müsabiqənin müxtəlif mükafatlarına layiq görülüb. Müsabiqənin qalibləri sırasından seçilən ən ümidverici gənclərimiz ABŞ-da, hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin iştirak etdiyi Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir.xeber100.com  

Aprel 9, 2019 12:51