05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

Milli Elmlər Akademiyasında seminar keçiriləcək

Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Horizon-2020” proqramı üzrə növbəti seminar keçiriləcək.AMEA-dan Azərtac-a bildirilib ki, seminarda “Hüquqi və maliyyə aspektləri”, “İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal”, “Ağıllı, yaşıl və inteqrasiya olunmuş nəqliyyat”, “Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz və dəniz tədqiqatları, bioekonomika və biotexnologiya” mövzularında, Avropa Tədqiqat Şurasının fəaliyyəti barədə müzakirələr, Mari Skladovskaya Küri təqaüd proqramı üzrə Milli Əlaqələndirici Şəxslərin (NCP) təqdimatı nəzərdə tutulur.Tədbirdə Biologiya və Tibb, Yer elmləri bölmələrinə aid elmi müəssisələrin alim və mütəxəssisləri iştirak edəcəklər.xeber100.com

Yanvar 29, 2019 11:30

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 27-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.İmtahana qeydiyyat yanvarın 3-dən 25-dək aparılıb və bu müddət ərzində 87 namizəd qeydiyyatdan keçib.DİM-dən Azərtac-a bildirilib ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.İmtahanda 87 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA3 altqrupu üzrə 1 nəfər, AA4 altqrupu üzrə 1 nəfər, AB2 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 5 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 10 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 37 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.xeber100.com  

Yanvar 28, 2019 11:27

Dövlət İmtahan Mərkəzi müsahibə mərhələsini davam etdirir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci il noyabrın 27-də elan olunmuş dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.DİM-dən Azərtac-a bildiriblər ki, 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növünə aid olan 66 vakant vəzifənin tutulması üçün elan edilmiş müsahibədə iştirak üçün qeydiyyat ötən il dekabrın 27-də yekunlaşıb və 235 nəfərin müraciəti qeydə alınıb. Yanvarın 24-nə olan məlumata görə, müsahibədə iştirak edən 20 namizəd seçdikləri vəzifələrə uyğun bilinib.Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsi yanvarın 28-də başa çatacaq.Xatırladaq ki, dövlət orqanları arasında ən çox vakant vəzifə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 66 vakant vəzifənin 1-i 4-cü təsnifata, 13-ü 5-ci təsnifata, 11-i 6-cı təsnifata, 41-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 12-si BA, 52-si isə BB vəzifə qrupuna aiddir.xeber100.com

Yanvar 24, 2019 12:16

Elektron sınaq imtahanına qeydiyyat başa çatır

Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək elektron sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 19-u saat 9-da başa çatacaq.Mərkəzdən Azərtac-a bildirilib ki, sınaq imtahanı dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır. İmtahan AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 19-u saat 10-da keçiriləcək.Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.xeber100.com

Yanvar 18, 2019 11:49

Təhsil Nazirliyinin məlumatına görə…

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib.Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, yanvarın 17-18-də bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.Məktəblilərin qış tətili isə yanvarın 27-dən 31-dək olan günləri əhatə edir.xeber100.com

Yanvar 18, 2019 11:45

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Ötən il noyabrın 24-də təşkil edilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 2018-ci il noyabrın 24-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, K.Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasına müraciət edə bilər. Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.xeber100.com

Yanvar 15, 2019 12:25

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar başlanır.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, eksternat imtahanları bu gün və yanvarın 15-də paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq. Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanıb.Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.xeber100.com

Yanvar 14, 2019 9:49

Magistraturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 3-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, sınaq imtahanında istifadə olunacaq testlər magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə proqramlara tam uyğundur. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, eləcə də onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini sınamaq üçün imkanın yaradılmasıdır.xeber100.com

Yanvar 14, 2019 9:46

UNESCO-nun təşkilatçılığı ilə təlim həftəsi keçiriləcək

Martın 4-dən 8-dək Parisdə UNESCO-nun təşkilatçılığı ilə təhsildə mobil qurğuların roluna dair təlim həftəsi keçiriləcək.Azərtac UNESCO-nun saytına istinadla xəbər verir ki, təlim həftəsi təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair bu təşkilatın əsas konfransıdır. 2011-ci ildən bəri hər il keçirilən tədbirə dünyanın müxtəlif ölkələrindən ekspertlər toplaşacaqlar. Onlar təlimdə yeni texnologiyalardan istifadə edilməklə innovativ yollar barədə fikir mübadiləsi aparacaqlar. Təlim həftəsinə simpozium, siyasi forum, seminarlar, strateji laboratoriyalar və paralel tədbirlər daxildir.xeber100.com

Yanvar 11, 2019 12:36

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə…

Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt məktəblərində peşə təhsili üzrə məsul şəxslər təyin edilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, 315 məsul şəxsin iştirakı ilə “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda seminar keçirilib.Qeyd edək ki, ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb. 2018-2019-cu tədris ilində 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub.xeber100.com

Yanvar 11, 2019 12:31
    Page 49 of 146« First«...102030...4748495051...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az