Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili, riyaziyyat, ingilis dili, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair Biləsuvarda hazırlıq kursu təşkil edəcək.DİM-dən Azərtac-a bildiriblər ki, hazırlıq kursu noyabrın 24-də saat 09.00-da Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində (Heydər Əliyev prospekti, 2D) təşkil olunacaq.Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramlar (kurikulumlar) barədə məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.xeber100.com