Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 28-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildiriblər ki, Bakı şəhərində təşkil olunacaq bu imtahanda iştirak etmək üçün BA qrupu üzrə 332, BB qrupu üzrə 1124, ümumilikdə isə 1456 namizəd qeydiyyatdan keçib.İmtahanda iştirak üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda saat 11.00-da başlanacaq və 3 saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.xeber100.com

Oktyabr 25, 2018 2:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün seminar keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə təşkil olunan seminarda Nərimanov rayonundakı tam orta məktəblərin ingilis dili müəllimləri iştirak ediblər.Seminarın keçirilməsində əsas məqsəd ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin dərslərdə tətbiq olunmasından ibarətdir. Seminara Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində “Sinfin idarə olunması” mövzusunda keçirilən təlim proqramını müvəffəqiyyətlə başa vuran ingilis dili müəllimi Reyhan Rzayeva moderatorluq edib. O, sinfin idarə edilməsinə dair təqdimatla çıxış edib.Tədbir iştirakçıları şagirdlərin idarə olunması, valideynlərlə işin təşkili, korporativ əməkdaşlıq, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya mövzuları barədə beynəlxalq təcrübə ilə tanış olublar. Seminarda məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsini dəstəkləmək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqla bağlı müəllimlərə tövsiyələr də verilib. Habelə tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübə ətrafında ingilis dili müəllimlərinin təəssüratları dinlənilib, suallar cavablandırılıb.xeber100.com

Oktyabr 18, 2018 12:50