Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 100-dən çox iştirakçını bir araya gətirəcək.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, sərgidə bu qurum geniş pavilyonda təmsil olunacaq. Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatılacağı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH” qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil - sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim ediləcək.Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.xeber100.com

Oktyabr 9, 2018 12:17

Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfrans, “dəyirmi masa”, mühazirə, şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin rəsm, şeir, inşa, video müsabiqələri də keçirilib.BŞTİ-nin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, məktəblərin pedaqoji kollektivinin, valideyn və şagirdlərin iştirak etdikləri tədbirlərdə təhsil sahəsində aparılan islahatlardan, Prezident İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışılıb. Ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, o cümlədən şərəfli peşə sahibi olan müəllimlərə hər zaman böyük hörmət və ehtiram göstərildiyi bildirilib.Tədbirlərdə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən də söhbət açılıb. Çıxış edən müəllimlər yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli və savadlı gənclər yetişdirmək üçün əllərindən gələni edəcəklərini söyləyiblər.Həmçinin tədbirlərdə öz səmərəli fəaliyyəti ilə fərqlənən qabaqcıl müəllimlər təltif olunublar.Şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.xeber100.com

Oktyabr 5, 2018 1:34

Anlaşma memorandumu imzalanacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elm şöbəsinin müdiri Zahid Məmmədov Bakı Fond Birjasının (BFB) nümayəndələri ilə görüşüb.Universitetdən Azərtac-a bildirilib ki, görüşdə UNEC ilə BFB arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Aparılan danışıqlar çərçivəsində, hər iki qurum arasında anlaşma memorandumunun imzalanması barədə qərar qəbul edilib.Hazırda sənədin yekun versiyasının hazırlanması üzərində hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrupu çalışır. Yaxın vaxtlarda imzalanması gözlənilən sənəd iki müəssisə arasında əməkdaşlığı daha da möhkəmləndirəcək, yeni layihələrin icrasına start verəcək.Layihə çərçivəsində “Fond Birjası: iqtisadiyyatın barometri kimi” adlı Azərbaycan üçün yeni, konseptual yanaşma və praktik məsələlərin yer alacağı kitabın nəşri nəzərdə tutulub. Nəşrdə BFB-nin ən aktiv şirkətləri, maraqlı təcrübələr haqqında məlumatlar yer alacaq.Əməkdaşlıq çərçivəsində UNEC və BFB-nın birgə təşkilatçılığı ilə sektor üçün əhəmiyyətli olacaq maliyyə konfransının keçirilməsi nəzərdə tutulub. Biznes nümayəndələri və tələbələr üçün təşkil ediləcək konfrans çərçivəsində BFB-nin aparıcı şirkətlərinin və digər tərəflərin iştirakı ilə maliyyə sərgisi keçiriləcək.xeber100.com

Sentyabr 21, 2018 11:59

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (8 vəzifə) və B (257 vəzifə) növünə aid 265 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir. Müsahibədə iştirak üçün qeydiyyat oktyabrın 17-dək aparılacaq.DİM-dən Azərtac-a bildiriblər ki, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.Müsahibəyə qatılmaq istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyənləşdirilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.Müsahibədə iştirak üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak üçün qeydə alınır.Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak üçün qeydə alınır.xeber100.com

Sentyabr 17, 2018 11:11