Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayır

Sentyabrın 14-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun ikinci turu üzrə elektron sənəd qəbuluna başlanılır.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, ikinci tura müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci turda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştirak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə bu prosesdə iştirak edə bilərlər.Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumtəhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumtəhsil müəssisələrinə Azərbaycan bölməsində musiqi üzrə 30, fiziki tərbiyə üzrə 36, informatika və təsviri incəsənət üzrə 42, digər fənlər üzrə 48 bal, rus bölməsində isə fiziki tərbiyə üzrə 30, biologiya, coğrafiya, təsviri incəsənət, fizika, ibtidai sinif, kimya, musiqi, rus dili və ədəbiyyatı üzrə 42, digər fənlər üzrə 48 bal müəyyənləşdirilib.Bakı şəhərinin ümumtəhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu birinci turda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.xeüber100.com

Sentyabr 14, 2018 1:10

Təhsil Nazirliyinin məlumatı əsasında…

Sentyabrın 8-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır.Nazirlikdən Azərtac-a bildiriblər ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində iştirak etmək üçün builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiqləməlidirlər. Bu prosesə ötənilki müsabiqədə iştirak etmiş namizədlər də qatıla bilərlər. Onlar miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçib ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə bu prosesdə iştirak edə bilərlər.Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumtəhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumtəhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyənləşdirilib. Bakı şəhərinin ümumtəhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyabrın 9-dək davam edəcək.xeber100.com

Sentyabr 7, 2018 2:49

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 9.161 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində cari ilin avqust ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, qeyd olunan müddətdə ümumilikdə, 9.161 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib.Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2.626 zəng qəbul olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4.038 vətəndaş müraciət edib. Həmçinin 270 vətəndaş, sorğusuna uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.Vətəndaşların Qəbulu Mərkəzində 1.616 sənəd (vətəndaşlar tərəfindən 508 ərizə, Təhsil Nazirliyindən 183, digər qurumlardan 130, məktəblərdən 237 məktub, 37 strukturdaxili yazışma və 521 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 611 elektron müraciətə baxılıb.Müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və birinci sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin edilməsi, informasiya təminatı, işə qəbul və digər məsələlərlə əlaqədar olub.xeber100.com

Sentyabr 3, 2018 11:28

Pedaqoji Universitetin məlumatı əsasında…

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əlavə təhsil üzrə - təkrar ali təhsil və yenidənhazırlanma təhsili üzrə sənəd qəbulu davam edir.ADPU-dan Azərtac-a bildirilib ki, 2018-2019-cu tədris ili üçün təkrar ali təhsil üzrə müxtəlif ixtisaslara sənəd verənlərin sayı 87, yenidənhazırlanma təhsili üzrə isə 238 nəfərdir. Hazırda qəbul olunmuş sənədlərin təhlili və tədrisə hazırlıq prosesi gedir.Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə tələbələr sırasına qəbul ediləcəklər. Həmin şəxslərlə universitetdə tələbələrlə işin məzmunu, tədrisin təşkili, daxili qaydalar və sair məsələlərlə bağlı ilkin təqdimat aparılacaq, qəbul olunmuş şəxslərin sualları cavablandırılacaq. Dərslər sentyabrın 15-də başlanacaq.Yenidənhazırlanma təhsili ödənişli formada idarə, müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla ADPU arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçiriləcək. Bu təhsil iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavr və xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılacaq. Birinci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunacaq, ikinci semestrdə isə tələbələr metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübə keçəcəklər.Qeyd edək ki, sənədlər sentyabrın 20-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək ADPU-nun Koroğlu Rəhimov küçəsi, 108 ünvanındakı ikinci tədris binasında qəbul olunur.Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd verəcək şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul ediləcəklər. Dərslər oktyabrın 1-də başlanacaq.Universitetə qəbul olunmuş və Bakı şəhərində qeydiyyatı olmayan şəxslər yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Yerlərin məhdudluğu nəzərə alınaraq müraciət etmiş şəxslərdən daha çox ehtiyacı olanlara üstünlük veriləcək.xeber100.com  

Sentyabr 3, 2018 11:26