Bakı Slavyan Universitetində elmi-praktik konfransı keçirilib

Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların respublika elmi-praktik konfransı keçirilib. Azərtac xəbər verir ki, BSU-nun rektoru N.Əliyeva konfransın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunduğunu söyləyib, bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini bildirib.Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrindən gənclərin iştirak etdiklərini bildirən N.Əliyeva AXC-nin yaranmasından və qısa vaxtda gördüyü böyük işlərdən, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasından danışıb, gənclərimizə vətənpərvər olmağı, hər zaman dövlətimizin, millətimizin mövqeyini qorumağı, onun adını uca tutmağı tövsiyə edib.Sonra konfrans işini altı bölmədə iclaslarla davam etdirib. İclaslarda “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri”, “Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu quruculuğu”, “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”, “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində yeri və əhəmiyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə qısa baxış”, ”Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi”, “Müstəqil dövlətdə kosmik sənayenin əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilib.xeber100.com

Aprel 26, 2018 2:11

“Azərbaycan Respublikasının dövlət dili haqqında” qanununa əsasən…

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanununa əsasən, Azərbaycan dili fənnindən test imtahanı verirlər.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildiriblər ki, test imtahanı ildə iki dəfə təşkil olunur. Bu il Azərbaycan dili fənni üzrə ilk imtahan aprelin 22-də keçirilib, ikinci imtahan isə iyunun 10-da olacaq.Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər.Martın 1-dən 27-dək ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etməyən cari ilin 9-cu sinif rus bölməsinin abituriyentləri də mayın 18-dən 29-dək kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Göstərilən tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri iyunun 10-da keçiriləcək Azərbaycan dili fənni üzrə ikinci imtahanda iştirak edə biləcəklər, yəni həmin abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.Kolleclərin müsabiqəsində iştirak etmək üçün martın 1-dən 27-dək qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 25-dən avqustun 6-dək ixtisas seçimi müddətində qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq.xeber100.com

Aprel 25, 2018 1:43

İqtisad Universitetinin məlumatı əsasında…

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.Tədbirdə UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov iki ölkə arasında güclü iqtisadi-siyasi əlaqələrin olduğunu bildirib. O, Qırğızıstan ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin əhəmiyyətindən bəhs edib.UNEC-dən Azərtac-a bildirilib ki, Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Bakıt Yusupov “Qırğızıstanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış edib. O, UNEC-in tələbələrinə Azərbaycan və qırğız xalqlarının tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı olduğunu bildirib. Qırğızıstanda 20 minə yaxın azərbaycanlının yaşadığını qeyd edən B.Yusupov iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafından söz açıb. Diplomat ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.Tədbirdə Qırğızıstanın coğrafiyası, zəngin tarixi, inkişafı, mədəniyyəti, təbiəti, iqtisadiyyatı və təhsili haqqında sənədli film nümayiş olunub. Sonda tələbələrin suallarını cavablandıran müvəqqəti işlər vəkili UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirərək onlarla tanışlıqdan məmnun olduğunu bildirib.xeber100.com

Aprel 19, 2018 2:51