Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” əmr imzalanıb.Müvafiq əmr ilə təsdiqlənmiş “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı”na əsasən, mart soyqırımına aid müxtəlif mövzularda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilir.BŞTİ-dən Azərtac-a bildiriblər ki, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilir. Mart soyqırımından bəhs edən, divar qəzetləri, bülleten, fotostend və guşələr hazırlanır.Tədris ocaqlarında azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya və fləşmobların keçirilməsi, sənədli və bədii filmlərin nümayişi də planlaşdırılır. Həmçinin təhsil müəssisələrinin internet resurslarına soyqırımını əks etdirən materialların yerləşdirilməsi, keçirilən tədbirlərin kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılması nəzərdə tutulur.Qeyd edək ki, ölkəmizdə 1998-ci ildən 31 mart dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.xeber100.com

Mart 13, 2018 12:40

Tələbələrə yeni güzəşt tətbiq ediləcək

Tədrisə tam cəlb olunan və qismən cəlb olunan tələbələr üçün illik təhsil haqqının müəyyənləşdirilməsi qaydası fərqli olacaq.Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edib.Apa-nın məlumatına görə, Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər.Cari qiymətləndirmə fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi, aralıq qiymətləndirmə fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.xeber100.com

Mart 11, 2018 12:40