“Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

Azərbaycan Texniki Universitetində (AzTU) Tərlan Orucovanın “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub. Bu barədə Azərtac-a AzTU-dan məlumat verilib.Tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısının 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar ali təhsil müəssisələrinin qarşısına mühüm vəzifələr qoyulub. Qeyd olunub ki, universitetlərin ictimai təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, gənc alimlərin və tələbələrin elmi-tədqiqat işlərinin dəstəklənməsi, təhsilin bütün pillələrində keyfiyyətin yüksədilməsi prioritet istiqamətlərdəndir. Prorektor neft kapitalının insan kapitalına çevrilməsinin Prezident İlham Əliyevin sürətli iqtisadi inkişaf xəttinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, son illər AzTU tələbələrinin əldə etdikləri elmi-texniki uğurlardan danışıb.Digər çıxış edənlər də ölkəmizdə elmin inkişafı üçün yaradılan şəraitdən, prioritet sahələrdən və dünya elminə inteqrasiyanı sürətləndirən istiqamətlərdən söhbət açıblar. AzTU tələbələri informasiya texnologiyalarından və biotibbi texnologiyanın yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat veriblər. Onlar ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını bildiriblər.xeber100.com

Yanvar 22, 2018 12:53

“Ali Təhsilin İnformasiya Sistemi” layihəsi çərçivəsində tədbir keçirilib

Yanvarın 16-da Bakı Slavyan Universitetində (BSU) “Ali Təhsilin İnformasiya Sistemi” (ATİS) layihəsi çərçivəsində tədbir keçirilib. Layihədə Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrində vahid və mərkəzləşdirilmiş məlumat bazasının yaradılması nəzərdə tutulur.BSU-dan Azərtac-a bildirilib ki, tədbirdə bu universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycanda elektron cəmiyyət və elektron hökumət yaradılması istiqamətində görülən mühüm işlərdən danışıb. Vurğulanıb ki, elektron universitet sisteminə qoşulmaq artıq dövrün tələbinə çevrilib. Bu sistem ali təhsil müəssisəsinin fəaliyyətinə yüksək təsir edəcək. Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya etdiyini deyən N.Əliyeva BSU-nun regionda tutduğu nadir mövqedən, bu ali təhsil ocağının dünya universitetləri ilə sıx əməkdaşlığından söz açıb. Vurğulanıb ki, bu ali təhsil ocağında elektron universitet proqramının tətbiqi həm müəllimlər, həm də tələbələr üçün səmərəli olacaq, BSU-nun fəaliyyətinin optimallaşdırılmasında, sürətləndirilməsində və tam avtomatlaşdırılmasında mühüm rol oynayacaq.Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Qurbanova ATİS layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, layihənin əsas məqsədi ali təhsil müəssisəsində təhsilin informasiya idarəetmə platformasının yaradılması və tətbiqidir. V.Qarayeva bildirib ki, layihənin həyata keçirilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunmasına və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək. Layihənin “Neuron Technologies” şirkəti tərəfindən icra olunduğunu deyən V.Qarayeva diqqətə çatdırıb ki, bu təşəbbüsün səmərəli və vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə universitetdə məsul şəxslər və müvafiq işçi qrupu şirkətin əməkdaşları ilə birgə fəaliyyət göstərəcəklər.xeber100.com

Yanvar 17, 2018 11:21

İngilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 16-da respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin onuncu sinif şagirdləri üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.DİM-dən Azərtac-a bildiriblər ki, imtahan 170 məktəbdə təşkil olunub.İmtahan prosesinin idarə edilməsi üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb.Qeyd edək ki, DİM tərəfindən regionlarda keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib.Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilib, lazımi avadanlıq – audioqurğular alınıb. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.xeber100.com

Yanvar 16, 2018 3:12

2017-2018-ci tədris ilinin monitorinqi aparılıb

Yanvarın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ilinin payız semestri imtahan sessiyasının monitorinqi aparılıb.Azərtac xəbər verir ki, monitorinqdən öncə ADPU-nun rektoru Cəfər Cəfərov İctimai Şuranın üzvləri və KİV nümayəndələri ilə görüşüb. Rektor universitetdə imtahanların təşkili barədə məlumat verərək bildirib ki, yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi zamanı şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apellyasiya Komissiyası, həmçinin fakültələr, magistratura və doktorantura şöbəsi üzrə apellyasiya komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin vəzifələri müəyyənləşdirilib. Sessiyanı normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. Həmçinin bütün fakültələrin əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.C.Cəfərov qeyd edib ki, yazılı imtahanlar gün ərzində üç dəfə keçirilir. Test üsulu ilə hər 45 dəqiqədənbir imtahanlar təşkil olunur. Gün ərzində ümumilikdə təxminən üç min tələbə yazılı və test üsulu ilə imtahan verir. Magistratura təhsil səviyyəsində magistrantların imtahanları yazılı qaydada aparılır. Sessiya müddətində universitetdə təhsilin bakalavriat səviyyəsi üzrə 367 qrupda 565 fəndən imtahan keçirilməsi nəzərdə tutulur. Magistratura səviyyəsində isə 52 qrupda təqribən 312 fəndən imtahan keçiriləcək. Ümumilikdə 419 qrupda 877 fəndən imtahanların keçirilməsi nəzərdə tutulur.xeber100.com  

Yanvar 11, 2018 1:27