Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Dekabrın 26-da Bakı şəhəri üzrə eksternat imtahanlarına başlanılıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, imtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak ediblər.Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 99 nəfər qatılıb. Eksternlər hərəsində on sual olmaqla beş fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi) üzrə imtahan veriblər. Eksternat imtahanları dekabrın 27-də digər fənlər (Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya, Azərbaycan dili (rus bölməsi üçün) üzrə davam edəcək.Məqbul qiymət almış şəxslərin siyahısı yanvarın 8-də baku.edu.gov.az saytında yerləşdiriləcək.Eksternat imtahanlarında uğur qazanan şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququna sahib olacaqlar.Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.xeber100.com

Dekabr 27, 2017 12:48