Fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələri keçiriləcək.BŞTİ-dən Azərtac-a bildiriblər ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi məktəblilərin fizika və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.Müsabiqələr üç mərhələdə IX-XI sinif şagirdləri arasında keçiriləcək. Hər iki müsabiqənin birinci mərhələsi noyabrın 21-dən 30-dək təhsil müəssisələrində təşkil olunacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar növbəti mərhələdə iştirak hüququ qazanacaq. Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin ikinci mərhələsi dekabrın 1-2-də, gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin ikinci mərhələsi isə dekabrın 4-5-də olacaq. İkinci mərhələdə hər rayon üzrə birinci yeri tutan qalib komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Üçüncü mərhələ isə hər iki müsabiqə üzrə dekabrın 6-dan 11-dək keçiriləcək. Bakı şəhəri üzrə final mərhələsində (üçüncü mərhələdə) hər rayondan bir komanda, ümumilikdə 12 komanda iştirak edəcək və ilk üç yeri tutan komandalar qalib hesab olunacaq.Komandalar üç nəfərdən (IX sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) ibarət olmalıdır.Müsabiqələrin əsasnaməIərinə görə, birinci və ikinci mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq otuz sualdan ibarət test tapşırığını, iki məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, bir təcrübə işini yerinə yetirməlidirlər.Test tapşırıqlarının hər birinin doğru cavablandırılması bir balla, məsələ və təcrübə işi beş balla qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib sayılacaq.Qaliblər ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.xeber100.com

Noyabr 17, 2017 2:13

Test imtahanı mərhələsinin nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, imtahanda iştirak edən 498 namizəddən 134-ü keçid balından yüksək nəticə göstərib. İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, keçid balından yüksək nəticə göstərən namizədlər vakansiyalar üzrə seçimlərini etdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) vəzifələri üzrə keçid balı 24, psixoloq vəzifəsi üzrə keçid balı 28, kitabxanaçı vəzifəsi üzrə keçid balı 17 olub.Qeyd edək ki, noyabrın 3-4-də keçirilmiş test imtahanında direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılanlar 40 sualdan ibarət test tapşırığını bir saat, kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.xeber100.com

Noyabr 14, 2017 12:47

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən beşinci könüllülük proqramı çərçivəsində 34 könüllü fəaliyyətə başlayıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, beşinci könüllülük proqramında iştirak etmək üçün yüz nəfər elektron qaydada sənəd verib. Müvafiq meyarlar əsasında müsahibəyə çağırılan 57 nəfərdən 34-ü müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 31 nəfər BŞTİ–nin müvafiq sektorlarında, ikisi xidmət bölmələrində, biri isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb.Müsahibədən uğurla keçənlər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində üç ay təcrübə keçmək imkanı qazanacaqlar.Könüllü kimi fəaliyyətə başlayan gənclərə üç ay təcrübə keçdikdən sonra BŞTİ tərəfindən müvafiq arayış veriləcək.Qeyd edək ki, BŞTİ artıq dörd ildir könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. Bu günədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqramda 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17-si hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.xeber100.com

Noyabr 13, 2017 12:05