Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Cavid gecəsi” mövzusunda açıq dərs keçirilib.Liseyin rus dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səmayə Kərimova böyük şair, dramaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında önəmli yerindən və rolundan bəhs edib. BDU-nun jurnalistika fakültəsinin radio və televiziya kafedrasının dosenti, cavidşünas Sevil Həsənova Cavid ədəbi məktəbinin Azərbaycan publisistikasındakı əhəmiyyətli rolundan danışıb, ədibin şeirlərini səsləndirib. Sonra liseyin 11-ci sinif şagirdlərinin böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş çıxışları dinlənilib, “İblis”, “Qız məktəbində”, “Hüseyn Cavid” simfoniyası, “Cavid ömrü” filminin treyleri” əsərlərindən ibarət videoçarx təqdim olunub. Sonda BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosent Ədibə Paşayeva çıxış edərək tədbirin təşkilini yüksək dəyərləndirib. O, bu cür tədbirlərin keçirilməsinin, rus bölmələrində Azərbaycan ədəbiyyatının tədris edilməsinin vacibliyini vurğulayıb.Tədbirdə BDU-nun təbiət elmləri üzrə rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov, rus dilçiliyi kafedrasının baş müəllimi Firavan Məmmədbəyli, Bakı Slavyan Universitetinin dosenti Sevinc Məmmədova, akademik Zərifə Əliyeva adına liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Boquş Darya iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…