“Çelsi” futbol klubu futbolçusunu icarəyə göndərib

19 Sentyabr 2020 16:45

Xəbər 562 dəfə oxunub

İngiltərənin “Çelsi” klubu futbolçusu Davide Zappakostanı icarəyə göndərib.Azərtac xəbər verir ki, D.Zappakosta “Cenoa” klubunda icarə əsasında çıxış edəcək. İyirmi səkkiz yaşlı oyunçu 2020/2021-ci il mövsümünü İtaliya klubunda keçirəcək.Qeyd edək ki, Zappakosta ötən mövsüm icarə əsasında “Roma”da çıxış etmişdi. Lakin oyunçu zədələri səbəbindən bir çox matçı buraxmışdı.xeber100.com