“Çelsi” futbol klubu heyətini gücləndirmək istəyir

3 İyun 2020 13:57

Xəbər 715 dəfə oxunub

Londonun “Çelsi” futbol klubu yay transfer pəncərəsində heyətini gücləndirmək istəyir.Azərtac Britaniya mətbuatına istinadla xəbər verir ki, London klubunun rəhbərliyi bunun üçün transferlərə 100 milyondan çox funt sterlinq ayırıb.Bildirilib ki, bu məbləğin böyük hissəsini “Çelsi” Almaniyanın “Borussiya Dortmund” komandasından Ceydon Sançonu almaq üçün ayıracaq. Bundan başqa, klub “Lester”dən Ben Çilvelli heyətinə qatmağa çalışacaq.Qeyd edək ki, London təmsilçisi hazırda İngiltərə çempionatında 48 xalla dördüncü pillədə qərarlaşıb.xeber100.com