“Çelsi” futbol klubu “Şeffild Yunayted” komandasının qonağı olub

12 İyul 2020 19:49

Xəbər 692 dəfə oxunub

İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Çelsi” klubu səfərdə “Şeffild Yunayted” komandasının qonağı olub. “Bramall Lane” stadionunda keçirilən görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0. “Şeffild Yunayted”in heyətində David Makqoldrik (2) və Oliver Makburni fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 54-ə çatdıran “Şeffild Yunayted” turnir cədvəlində 6-ci yerə yüksəlib. “Çelsi” isə 60 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com