“Çelsi” futbol klubunun futbolçusu komandadan ayrılıb

10 Avqust 2020 13:58

Xəbər 1086 dəfə oxunub

İngiltərənin “Çelsi” klubunun futbolçusu Villian komandadan ayrılıb.Azərtac xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə “Instagram” hesabında bildirib.“İrəli hərəkət etmək vaxtı çatıb. Komanda yoldaşlarım üçün darıxacağam. Klubun əməkdaşları və azarkeşlər üçün darıxacağam. Burda qalib gəldiyimi bilərək, başımı dik tutub gedirəm”, – deyə o qeyd edib.Xatırladaq ki, Braziliya millisinin üzvü 2013-cü ildən London klubunda çıxış edirdi.xeber100.com