Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.Azərtac xəbər verir ki, Ağdam təmsilçisinin sentyabrın 12-də qrup mərhələsi çərçivəsində Londonda səfərdə oynayacağı “Çelsi” klubu İngiltərə Premyer Liqasında “Lester”lə üz-üzə gəlib. “Çelsi” 2:1 hesabı ilə səfərdə rəqibinə qalib gələrək aktivinə üç xal əlavə edib. Hazırda dörd oyundan sonra doqquz xal toplayan “Çelsi” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.Azərbaycan çempionunun qrup mərhələsindəki digər rəqibinin – İspaniyanın “Atletiko Madrid” komandasının səfərdə “Valensiya” ilə görüşü heç-heçə yekunlaşıb. Üç oyundan sonra beş xala malik “Atletiko Madrid” İspaniya La Liqasında beşinci sırada qərarlaşıb.“Qarabağ” klubunun qrup mərhələsində öz meydanında sentyabrın 27-də Bakıda qarşılaşacağı İtaliyanın “Roma” komandasının “Sampdoriya” ilə səfər matçı isə əlverişsiz hava şəraiti ilə əlaqədar başqa tarixə təxirə salınıb. Hazırda iki oyundan sonra üç xala malik “Roma” İtaliya çempionatında 10-cu yerdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…