“Çelsi” müdafiəçisi ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır

14 Yanvar 2022 11:35

Xəbər 431 dəfə oxunub

“Çelsi” müdafiəçisi Antonio Rüdigerlə müqaviləni uzatmaq üçün danışıqlar aparır.Xarici KİV-lər xəbər verir ki, klubla 28 yaşlı almaniyalı arasında danışıqlar davam edir. Hazırda şərtlər futbolçunun xeyrinə dəyişdiyi üçün danışıqlarda irəliləyiş əldə olunub. Hadisələrin bu cür inkişafı sayəsində A.Rüdiger Premyer Liqada qalmağa üstünlük verir. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.Almaniyalı futbolçu cari mövsüm 28 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.xeber100.com