“Çelsi”futbol klubu “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib

30 May 2019 13:42

Xəbər 453 dəfə oxunub

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.Azərtac xəbər verir ki, italiyalı referi Canluka Rokkinin idarə etdiyi oyunun birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq qapılara top vurulmayıb.Lakin fasilədən sonra azarkeşlər meydanda beş qol izləyiblər. Oyunda hesabı ikinci hissənin əvvəlində – matçın 49-cu dəqiqəsində “Çelsi” komandası hesabı açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb – 1:0.Matçın 60-cı dəqiqəsində “Çelsi” komandası ikinci topu “Arsenal”ın qapısından keçirib. “Arsenal”ın cərimə meydançasına daxil olan Eden Hazardın ideal ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib – 2:0.“Çelsi” komandası 65-ci dəqiqədə hesab arasındakı fərqi üç topa çatdırıb. “Arsenal”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard komandasının üçüncü topunu qapıdan keçirib.Lakin bu qoldan 4 dəqiqə sonra “Arsenal” vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1Ancaq bu, oyunda sonuncu qol olmayıb. Görüşün 72-ci dəqiqəsində “Çelsi”nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyunda 4:1 hesabı ilə qələbə qazanan “Çelsi” komandası tarixində ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub.Matçda dubl edən Eden Hazard final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.“Çelsi”nin fransalı hücumçusu Olivye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.Final matçından sonra qaliblər mükafatlandırılıb.Beləliklə, “Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb. “Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub olub. “Topçular” 2000-ci ildə turnirin finalında “Qalatasaray”a uduzub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02