“Çelsi”futbol klubunun yarımmüdafiəçisi matçda oynamayacaq

17 May 2019 12:58

Xəbər 559 dəfə oxunub

İngiltərənin “Çelsi”futbol klubunun yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələndiyi üçün, ola bilsin ki, Avropa Liqasının finalında Bakıda Londonun “Arsenal” komandasına qarşı matçda oynamayacaq.Azərtac xəbər verir ki, Loftus-Çik mayın 14-də Amerikanın “Nyu-İnqlend” klubuna qarşı yoldaşlıq matçında zədələnib. 3:0 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatmış bu oyunda 23 yaşlı Loftus-Çik havadakı top uğrunda mübarizədə tullandıqdan sonra onun ayağı burxulub.“Çelsi”nin yetirməsi olan bu oyunçu əsas komandanın heyətində 2017-ci ildə İngiltərə çempionu olub. Cari mövsümdə o, bütün turnirlərdə London klubunun heyətində 40 matç keçirib, 10 qol vurub və qol ilə nəticələnmiş 5 ötürmə edib.Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda “Çelsi” ilə “Arsenal” arasında keçiriləcək.xeber100.com