“Çelsi”nin futbolçusu İngiltərə millisinə çağırılıb

19 Mart 2019 12:46

Xəbər 595 dəfə oxunub

“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi ilk dəfə İngiltərə millisinə çağırılıb.Azərtac xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyası məlumat yayıb.Bildirilir ki, on səkkiz yaşlı yarımmüdafiəçi “Avro-2020″nin seçmə mərhələsində Çexiya və Monteneqro ilə oyunlar üçün milliyə dəvət edilib.Bundan başqa, zədələnən “Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou heyətdən kənarlaşdırılıb.Qeyd edək ki, İngiltərə millisi martın 22-də Çexiya, üç gün sonra isə Monteneqro ilə qarşılaşacaq.xeber100.com