“Çelsi”nin hücumçusu Çempionlar Liqasında yeni rekorda imza atıb

24 Fevral 2021 11:34

Xəbər 510 dəfə oxunub

“Çelsi”nin hücumçusu Olivier Jiru Çempionlar Liqasında yeni rekorda imza atıb.“Sky Sports” nəşri xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyununda “Atletiko”nun qapısına vurduğu qolla şəxsi rekordunu yeniləyib. Belə ki, bu qol O.Jirunun 2020-2021-ci il mövsümündə Çempionlar Liqasında vurduğu 6-cı qol olub. Bundan əvvəl futbolçunun ən yaxşı nəticəsi 2015-2016-cı il mövsümündə “Arsenal”ın heyətində qazandığı göstərici olub – 5 qol.Qeyd edək ki, futbolçu 6 qolu 3 səfər matçında vurub.xeber100.com