“Çelsi”nin hücumçusu klubunu dəyişə bilər

11 Mart 2021 19:40

Xəbər 565 dəfə oxunub

“Çelsi”nin hücumçusu Olivier Jiru yayda klubunu dəyişə bilər.Azərtac RMC nəşrinə istinadla xəbər verir ki, 34 yaşlı fransalı futbolçu müsahibəsində klubundan gedəcəyi ilə bağlı eyham vurub.O bildirib ki, ABŞ-da futbolçuların daha uzun müddət oynaya bilmələri faktı onun xoşuna gəlir və buna görə də MLS klublarından gələn hər hansı təklifi gözləyəcək.Bu mövsüm fransalı Premyer Liqanın 14 oyununda 4 qol vurub.xeber100.com