“Çelsi”yə 45 milyon avro təklif edilib

1 Fevral 2016 17:36

Xəbər 1227 dəfə oxunub

Madridin “Atletiko” klubu hücumçu Dieqo Kostanı geri qaytarmaq istəyir. Apasport.az saytının “AS”a istinadən məlumatına görə, baş məşqçi Dieqo Simeone rəhbərlikdən forvardın komandaya gətirilməsini xahiş edib.

İspan mətbuatı iddia edir ki, “hindular” onun üçün “Çelsi”yə 45 milyon avro təklif ediblər. Ancaq “zadəganlar” bu təklifdən imtina ediblər.

Qeyd edək ki, bir müddət əvvəl İngiltərə mətbuatı iki klubun Çekson Martinez və Dieqo Kostanı dəyişdirə biləcəklərini iddia etmişdi.