Azərbaycan çempionatları tarixində 913 oyun böyük hesablı nəticə ilə başa çatıb.Azərtac Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən çempionatlarda ən çox böyük hesablı qələbə qazanan komanda “Neftçi”dir. Bakılılar 127 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub ediblər. Daha bir komandanın hesabında 100-dən çox böyük hesablı qələbə var. “Qarabağ” komandası 107 matçda buna nail olub.Ən çox böyük hesablı qələbə qazanan komandaların siyahısında sonrakı yerləri “Kəpəz” (93), “Turan” (59), “Keşlə” (53), “Bakı” (52), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” Sumqayıt və “Qəbələ” (31) komandalarıdır.Üç və ya daha çox top fərqi ilə məğlubiyyət sayında antirekord MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi 52 dəfə böyük hesabla məğlub olub. Qusarın “Şahdağ” komandası ikinci (45), “Turan” (44) isə üçüncüdür.Ən çox böyük hesablı məğlubiyyətlə üzləşən komandaların siyahısında isə sonrakı yerləri aşağıdakı komandalar tuturlar: “Kəpəz” (40), “Bakı” (37), “Xəzər” Sumqayıt (36), “Şəfa” (30), “Qəbələ” (27), “Viləş”, “Pambıqçı” B, “Kürmük”, “Bakılı” (hər biri 26 dəfə).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…