Çempionlar Liqası yarışlarının hakimləri müəyyənləşib

8 Dekabr 2016 11:25

Xəbər 795 dəfə oxunub

Bakının qadınlardan ibarət “Telekom” voleybol komandasının Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.Azərtac xəbər verir ki, dekabrın 14-də Bakı təmsilçisi səfərdə İtaliyanın “Konegliano” komandasının qonağı olacaq. Görüşün baş hakimi belçikalı Arturo di Giacomo olacaq. Ona rusiyalı həmkarı Andrey Zenoviç kömək edəcək.Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik” (Polşa) ilə qarşılaşacaq.xeber100.com