İyulun 18-də futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinin daha altı oyunun cavab görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, ikinci oyun günündə “Qarabağ” Sloveniya “Olimpiya”sını qəbul edəcək. Qazaxıstan “Astana”sı Monteneqroda “Sutyeska”nın qonağı olacaq. Həm Qurban Qurbanovun, həm də Roman Qriqorçukun baş məşqçi olduğu kollektivlər ilk matçdan minimal hesablı qələbə qazanıblar. Qriqorçuk səfərə Azərbaycan millisinin futbolçusu Riçard Almeydanı da aparıb. Almeyda ilk görüşdə iştirak etməyib.İlk cütün qalibi növbəti mərhələdə Albaniyanın “Kukesi”, ikinci cütün sevinən tərəfi isə Danimarkanın “Mityulland” komandası ilə qarşılaşacaq.Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsində müvafiq olaraq, “Kruzaders” (Şimali İrlandiya) və “Seltik” (Şotlandiya) – “Alaşkert” (Ermənistan) cütünün uduzan tərəfi ilə qarşılaşacaq. İlk görüşdə “Seltik” səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən, Avroliqadakı rəqibin “Alaşkert” olacağı güman olunur.Mərhələnin digər dörd oyunu aşağıdakılardır:
“Zrinski” (Bosniya və Herseqovina) – “Spartak” (Trnava, Slovakiya),
“Şerif” (Moldova) – “Torpedo” (Kutaisi, Gürcüstan),
“Rusenborq” (Norveç) – “Valür” (İslandiya),
“Seltik” (Şotlandiya) – “Alaşkert” (Ermənistan).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…