Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Azərtac xəbər verir ki, ilk oyun günündə 18 ölkənin çempionu növbəti mərhələyə 9 vəsiqənin sahibini müəyyənləşdirəcək. İlk qarşılaşmada böyük hesablı qələbə qazanan “Kopenhagen”, həmçinin inamlı üstünlük əldə edən Tbilisi “Dinamo”su, BATE və “Ludoqorets” ümumi hesabda üstünlüyünü əldən verməməyə çalışacaq. Moldova və Latviyada meydan sahibləri minimal fərqli yenilginin əvəzini çıxmağa çalışsa da, Serbiya çempionu səfər qələbəsinin təsadüf olmadığını göstərməlidir. Günün iki görüşündə isə ötən həftə qalibi müəyyənləşdirə bilməyən komandalar üz-üzə gələcəklər. Bu gün “Şerif” (Moldova) – “Hapoel” (Beyer-Şeva, İsrail, ilk oyun – 2:3), “Alaşkert” (Ermənistan) – “Dinamo” (Tiflis, Gürcüstan – 0:2), “Liepaya” (Latviya) – “Zalsburq” (Avstriya – 0:1), APOEL (Kipr) – TNS (Uels – 0:0), SJK (Finlandiya) – BATE (Belarus – 0:2), “Kopenhagen” (Danimarka) – “Kruzaders” (Şimali İrlandiya – 3:0), “Srvena Zvezda” (Serbiya) – “Valletta” (Malta – 2:1), Legiya” (Polşa) – “Zrinski” (Bosniya və Herseqovina – 1:1), “Mladost” (Monteneqro) – “Ludoqorets” (Bolqarıstan – 0:2) görüşləri oynanılacaq. Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Lüksemburqun “Düdelanj” komandası ilə sabah görüşəcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…