Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, mərhələnin ən maraqlı görüşlərindən biri məhz bu gün oynanılıb.Günün ən önəmli və həyəcanlı oyunu Londonda keçirilib və “Barselona” “Çelsi”nin qonağı olub. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoritləri sırasında olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olardı. Meydan sahiblərinin ən fəal oyunçusu olan Villian birinci hissədə 2 dəfə dirəyə “ilişsə”də, 62-ci dəqiqədə üçüncü cəhdində Ter Ştegeni məyus edə bilib. Lakin sona 15 dəqiqə qalmış Lionel Messi bərabərlik qoluna imza atıb – 1:1.Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla gözlənilirdi. Ölkəmizdə kifayət qədər azarkeş dəstəyi olan Türkiyə təmsilçisi “Beşiktaş” Münhendə möcüzə axtarışına çıxmışdı. Lakin matçın əvvəllərində müdafiəçi Domaqoy Vidanın aldığı qırmızı vərəqə “qara qartallar”ın planını pozub. Nəticədə uzun müddət azlıqda çıxış edən rəqibinin qapısından 5 cavabsız top keçirən “Bavariya” 1/4 final mərhələsinə vəsiqəni, demək olar ki, rəsmiləşdirib. Bu nəticədən sonra İstanbuldakı cavab görüşü formal xarakter daşıyacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…