Çempionlar Liqasının final oyunu çərçivəsində

26 May 2019 15:38

Xəbər 528 dəfə oxunub

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Çempionlar Liqasının final oyunu çərçivəsində keçiriləcək “Liverpool” – “Tottenham” matçı haqda fikirlərini bildirib.Milli.az xəbər verir ki, Mourinyo həlledici görüşlə bağlı bunları deyib:”Final matçını “Liverpool” qazansa, baş məşqçi Yurgen Klopp üçün böyük uğur olacaq. Ancaq məğlub olsa, bu, artıq onun üçün üçüncü final məğlubiyyəti olacaq. Onun üçün çətin olduğunu bilirəm.Bir baş məşqçi olaraq Çempionlar Liqasının final matçına yüksəlməyin nə olduğunu bilirəm. Amma finallar oynamaq üçün deyil, qazanmaq üçündür”.Xatırladaq ki, “Liverpool” – “Tottenham” matçı iyunun 1-də keçiriləcək.xeber100.com