“Qarabağ” ilə şanslarımızı bərabər hesab edirəm. Bakıya müsbət nəticə üçün gəlmişik. “Qarabağ”ın yaxşı çıxış edən komanda olduğunu bilirik. Fikrimcə, çətin olacaq. Lakin istənilən halda hər şey özümüzdən asılıdır.Azərtac Belta.ru saytına istinadla xəbər verir ki, bunu Belarusun BATE klubunun futbolçusu Aleksandr Qleb “Qarabağ” komandası ilə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl deyib. 37 yaşlı yarımmüdafiəçi bildirib ki, bu cütün aşkar favoriti yoxdur. O, “Qarabağ” barədə elə də məlumatlı olmadıqlarını etiraf edib: “Rəqibimizin ötən mövsüm Çempionlar Liqasındakı çıxışlarına baxmışam və bəyənmişəm. Hərəkətli və döyüşkən komandadır. Hətta Avropanın top-komandaları da bu kollektivlə qarşılaşmalarda çətinliklə üzləşirdilər. Bu, çox şeydən xəbər verir. “Qarabağ”ı çox ciddi qəbul edirik”.A.Qleb BATE-nin əvvəlki səviyyədə olmadığı barədə fikirlərə də münasibət bildirib: “Bu sözləri istənilən rəqib barədə də demək olar. Futbolun səviyyəsi ildən-ilə artır. Hətta top-komandalar üçün də autsayderlərlə oynamaq çətinləşir. Bunu 2018-ci il dünya çempionatı da göstərdi. Ona görə də bütün bunlar yalnız söz-söhbətlərdir”.Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – BATE matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Aleksandr Qleb Belarus futbolunun canlı əfsanəsi sayılır. O, ən böyük uğuruna İspaniyanın “Barselona” klubunun heyətində 2008/2009-cu il mövsümündə Çempionlar Liqasını qazanmaqla imza atıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…