Bakının “Neftçi” futbol klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.Azərtac xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.Baş məşqçi Samir Abasovun sərəncamında 3 qapıçı, 6 müdafiəçi, 13 yarımmüdafiəçi və 2 hücumçu var. Paytaxt klubunun yeni transferləri – Huqo Basto ilə Romen Bask da “Olimpiakos”la oyunlara sifariş olunub.Heyətdə qapıçılar – Aqil Məmmədov, Kamran İbrahimov, Əlirza Müştəbəzadə, müdafiəçilər – Mamadu Mbodj, Huqo Basto, Voyislav Stankoviç, Romen Bask, Mert Çelik, Ömər Buludov, yarımmüdafiəçilər – Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Suares, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Yusuf Laval, Fərid Yusifli, Sabir Buqrin, Mamadu Kane, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov, hücumçular – Namiq Ələsgərov və Mirabdulla Abbasov yer alıblar.Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq. “Bakcell Arena”da keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…