Çempionlar Liqasının Madriddə keçirilən final matçında…

2 İyun 2019 13:44

Xəbər 466 dəfə oxunub

Çempionlar Liqasının Madriddə keçirilən final matçı öncəsi bir çox fanat “Vanda Metropolitano” stadionuna saxta biletlərlə girməyə cəhd edib, Daily Mail məlumat yayıb.Milli.az bildirir ki, təhlükəsizlik xidmətinin əməkdaşları belə fanatları stadiondan uzaqlaşdırmaq məcburiyyətində qalıblar. Hətta bir gənc qadın polisin “dur” əmrinə baxmayaraq, qaçmağa çalışıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşı onu təqib etməli olub. Qadın saxlanılsa da, müqavimət göstərib.Daha bir qadın və yaşlı kişinin biletləri də saxta çıxdığı üçün stadionu tərk etməli olub.Press Association qeyd edir ki, Madridə gələn fanatların sayı final oyununa satılan biletlərin sayından 16 min çox olub. Stadiona düşə bilməyənlər pablar axtarmalı olublar, çünki oyundan öncə iki rəsmi fan-zona bağlı olmalı idi.Liverpul meri Co Anderson bildirib ki, bu qərarın arxasında UEFA rəhbərliyi dayanır.Qərar cümə günü ispan polisi bir neçə britaniyalı fanatın həbsi barədə bəyanat yaydıqdan sonra qəbul olunub. UEFA bilet axtaranlara rəsmi stüardlar adı altında fırıldaqçıların peyda olduğu barədə xəbərdarlıq edib. Bu üzdən fanatlara yalnız müəyyən olunmuş nəzarət zonalarında biletlərini təqdim etmək tövsiyə edilmişdi.Madridə gələn futbol fanatı Qrem Oyen biletlərin paylanılmasında yaranan qüsurlardan şikayətlənib. Stadionun tutumunun 70 min olduğu halda hər bir komandaya 16 min bilet ayrıldığını deyən britaniyalı azarkeş nəticədə 60 avroya bilet ala bildiyini, lakin dostunun bilet tapa bilmədiyini qeyd edib.”Liverpul”un 52 yaşlı fanatı Rocerin fikrincə, oyun zamanı fan-zonaların bağlanması yanlış qərar olub. Onun dostu 20 yaşlı Ceykob isə oyunu pabdan izlədiyindən məyus idi.Press Association qeyd edir ki, oyun keçirilən müddətdə əlavə olaraq Madridə minlərlə polis cəlb olunub, o cümlədən Mersisayd və Londondan.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02