Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub

1 Fevral 2018 13:46

Xəbər 1883 dəfə oxunub

İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil edilən Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” futzal klubu qrup mərhələsinin son oyun günündə əvvəlcə yerli “Alcala De Henares” komandası ilə qarşılaşıb və 6:1 hesabı ilə qələbə qazanıb.Növbəti oyunda Belçikanın “Zebre Çarleroi” komandası ilə üz-üzə gələn təmsilçimiz meydanı növbəti dəfə qalib tərk edib – 4:2.Beləliklə, keçirdiyi dörd oyunun üçündə qələbə qazanan və bir qarşılaşmada məğlub olan “Ulduz” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.Qeyd edək ki, təmsilçimiz fevralın 1-də Fransanın “Reims” komandası ilə görüşəcək.xeber100.com