Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir

20 Fevral 2017 09:14

Xəbər 925 dəfə oxunub

İspaniyanın Sevilya şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir.Azərtac AFFA-ya istinadla xəbər verir ki, turnirdə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” futzal komandası iştirak edir.Püşkün nəticəsinə görə, ilkin qrup mərhələsində təmsilçimizin rəqibləri İsveçin “Stokholm”, Fransanın “Reims” və Almaniyanın “Ausburg” komandaları olacaq.Təmsilçimiz fevralın 21-də “Stokholm” və “Ausburg”, fevralın 22-də isə “Reims” komandası ilə qarşılaşacaq.xeber100.com