Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarına start veriləcək. Azərtac xəbər verir ki, turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında mübarizə aparan komandalar meydana çıxacaq.“E” qrupunda Rusiyanın CSKA klubu Fransanın “Monako” komandasını qəbul edəcək. Qrupun digər oyununda Almaniyanın “Bayer Leverkuzen” komandası ilə İngiltərənin “Tottenhem” klubu qarşılaşacaq. “F” qrupunda Portuqaliyanın “Sportinq” klubu “Borussiya Dortmund”, “Real Madrid” isə Polşanın “Legia” komandası ilə üz-üzə gələcək. “G” qrupunda “Brügge” (Belçika) – “Portu” (Portuqaliya) və “Lester” (İngiltərə) – “Kopenhagen” (Danimarka) oyunları keçiriləcək.“H” qrupunda isə Xorvatiyanın “Dinamo Zaqreb” klubu “Sevilya”nı qəbul edəcək. Digər oyunda isə “Olimpik Lion” komandası doğma meydanda “Yuventus” ilə qarşılaşacaq. UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun digər oyunları oktyabrın 19-da keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…