Martın 16-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində Fransanın “Monako” komandası İngiltərənin “Mançester Siti”, İspaniyanın “Atletiko” (Madrid) klubu isə Almaniyanın “Bayer” (Leverkuzen) kollektivi ilə cavab oyunu keçiriblər. Bununla da futbol üzrə Çempionlar Liqasınnın səkkizdəbir final mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, turnirdə keçirilən oyunda Fransanın “Monako” və İngiltərənin “Mançester Siti” komandaları arasındakı görüş kifayət qədər dramatik alınıb. “Knyazlıq klubu” doğma meydanda əzmkarlıq nümayiş etdirərək Mançesterdəki ilk qarşılaşmadakı 3:5 hesablı məğlubiyyətin revanşını alıb – 3:1.“Monako” məhz səfərdə daha çox qol vurduğu üçün dörddəbir finala yüksəlib. “Monako”nun qollarını 8-ci dəqiqədə Kilian Mbappe, 29-cu dəqiqədə Fabinyo, 77-ci dəqiqədə Tiemu Bakayoko vurublar. “Mançester Siti”də 71-ci dəqiqədə Leroy Sane fərqlənib. “Monako” iki görüşün nəticəsinə görə dörddəbir finala vəsiqə qazanıb.İspaniyanın “Atletiko” (Madrid) komandası da dörddəbir finalda oynamaq hüququ əldə edib. Madrid komandası Leverkuzendə 4:2 hesabı ilə məğlub etdiyi Almaniya “Bayer”i ilə evdə qolsuz heç-heçə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…