Çexiyanın Baş naziri Andrey Babişin rəhbərlik etdiyi hökumət istefa verib.Çexiya KİV-ri xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri jurnalistlər üçün təşkil olunan mətbuat konfransında məlumat verib.“Bununla əlaqədar respublika Prezidenti Miloş Zemana kabinetimizin istefası barədə yazılı müraciət göndərdim. Onun yeni kabinet formalaşana qədər bizə tapşırıq verəcəyini gözləyirəm”, – deyə hökumət başçısı bildirib.Bir müddət öncə Çexiyanın yeni parlamentinin deputatları iclas keçirərək rəhbər orqanların nümayəndələrini seçiblər.Andrey Babiş oktyabrda parlamentin aşağı palatasına keçirilən seçkilərdə məğlubiyyətə uğrayan “Narazı vətəndaşların aksiyası” siyasi hərəkatını təmsil edir. Yeni kabineti isə liberal Demokratik Vətəndaş Partiyasının sədri, “Birlikdə” koalisiyasının lideri Petr Fiala formalaşdıracaq.Qeyd edək ki, Çexiya Prezidenti Miloş Zeman hazırda Mərkəzi Hərbi Hospitalda müalicə olunur. O, bir müddət öncə reanimasiyadan palataya köçürülüb. Lakin həkimlər hələlik dövlət başçısının vəziyyətini vəzifələrini yerinə yetirmək qabiliyyəti kontekstində dəqiq qiymətləndirə bilməyib. Buna baxmayaraq, Miloş Zeman həm Andrey Babiş, həm də Petr Fiala ilə telefonla danışıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…