“Challenge Cup” turnirinin final mərhələsi çərçivəsində…

2 Fevral 2017 11:41

Xəbər 880 dəfə oxunub

Bakının “ABU” həndbol komandası Polşanın “Kram Start Elblag” klubu ilə görüşəcək.Azərtac xəbər verir ki, qadın həndbolçulardan ibarət “ABU” komandası fevralın 10-11-də Polşanın Elblak şəhərində yerli “Kram Start Elblag” komandası ilə görüşəcək. Nəzərdə tutulan oyun Avropa Həndbol Federasiyasının keçirdiyi “Challenge Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində reallaşacaq.Qeyd edək ki, əvvəlki mərhələdə həndbolçularımız Belçikanın “Femina Vise” komandasına qalib gəlib.xeber100.com