Bədii gimnastika üzrə dünya çempionatından əvvəl Rusiyanın Kazan şəhərində keçirilən “Challenge” seriyasına aid sonuncu dünya kuboku yarışına yekun vurulub.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümbətova iki ip və üç topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala yüksəlməyi bacarıblar. Qızlarımız final çıxışında isə yeddinci yerdə (19,750 xal) qərarlaşıblar.İl ərzində keçirilən “Challenge” seriyasına aid bütün dünya kuboklarının yekun xallarına əsasən Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış iki ip və üç topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.Qeyd edək ki, bədii gimnastika üzrə dünya çempionatı sentyabrın 11-16-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…