Aniş Giri “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin qalibi olub.Azərtac xəbər verir ki, dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu yarışın final mərhələsində Niderland təmsilçisi Aniş Giri Rusiya şahmatçısı Yan Nepomnyaşinin üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək zirvəsində qərarlaşıb. Turnirdə üçüncü yeri isə norveçli dünya çempionu Maqnus Karlsen tutub. O, həlledici qarşılaşmada ABŞ təmsilçisi Uesli So üzərində qələbə qazanıb. Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 min, finalçı 40 min, 3-cü yerin sahibi isə 25 min ABŞ dolları qazanacaq. Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində – “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…