Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci yarışı – “Chessable Masters” turniri davam edir.Azərtac xəbər verir ki, Ş.Məmmədyarovdan başqa mərhələ yarışında ABŞ təmsilçiləri Uesli So, Hikaru Nakamura və 12 yaşlı gənc istedad Abhimanyu Mişra, Fransanı təmsil edən Alireza Firuzca, hindistanlılar Pentala Harikrişna, Baskaran Adhiban və Humpu Koneru, Vyetnam təmsilçisi Le Quan Liyem, niderlandlı Jorden Van Forrest, rusiyalı Vladislav Artemiyev, İspaniya şahmatçıları David Anton və Eduardo İturrizaqa, ermənistanlı Levon Aronyan, norveçli Aryan Tari və qadınlar arasında hazırki dünya çempionu çinli Yu Venyun iştirak edirlər.Bu gün şahmatçılar seçmə mərhələnin son beş oyununu keçirəcəklər və nəticədə pley-off mərhələsində mübarizəni davam etdirəcək ilk səkkizlik müəyyən ediləcək.Ş.Məmmədyarov ilkin mərhələnin son turlarında Jorden Van Forrest, Alireza Firuzca, Uesli So, Levon Aronyan, Aryan Tari ilə mübarizə aparacaq.On turdan sonra Azərbaycan şahmatçısı 6,5 xalla 6-cı yerdə qərarlaşıb. Uesli So 7,5 xalla turnir cədvəlinə başçılıq edir.Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnir avqustun 8-dək davam edəcək.Xatırladaq ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…