Aprelin 24-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci turniri start götürəcək.Azərtac xəbər verir ki, mayın 2-dək davam edəcək “Newin Chess Classic” adlı turnirdə ölkəmizi iki şahmatçı təmsil edəcək. Bunlar seriyanın ümumi hesabında üçüncü pillənin sahibi Teymur Rəcəbov və Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarovdur.Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatılacağı turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edəcək. Şahmatçılarımızın rəqibləri isə turnirin təşkilatçısı və ümumi hesabın lideri Maqnus Karlsendən başqa, amerikalı şahmatçılar Hikaru Nakamura, Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem, ingiltərəli Qeveyn Cons və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha olacaqlar.Qeyd edək ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…