Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində dörddəbir final mərhələsinin oyunları keçiriləcək.Azərtac xəbər verir ki, iki gün ərzində keçiriləcək raundda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov FIDE-ni təmsil edən Alireza Firuzca, Teymur Rəcəbov isə Maqnus Karlsen ilə qarşılaşacaqlar. Qalib müəyyənləşməsə şahmatçılar tay-brekdə mübarizəni davam etdirəcəklər.Qrup mərhələsini Şəhriyar Məmmədyarov 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci yerdə başa vurublar.Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…