Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin dörddəbir final mərhələsində şahmatçımız Şəhriyar Məmmədyarov uğurla çıxış edib.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı dörddəbir finalın birinci matçında 3:1, cavab oyunlarında da isə 2,5:0,5 hesabla FIDE təmsilçisi Alireza Firuzcaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabla məğlub olub və yarışı tərk edib. Qeyd edək ki, T.Rəcəbovun M.Karlsenlə keçirdiyi birinci matç bərabərliklə (2:2) başa çatmışdı.Beləliklə, yarımfinalda Ş.Məmmədyarovla yanaşı, M.Karlsen, amerikalı Hikaru Nakamura, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…