“Champions Chess Tour” seriyası çərçivəsində keçiriləcək dördüncü turnirdə

9 Fevral 2021 18:51

Xəbər 416 dəfə oxunub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçiriləcək dördüncü turnirdə iştirak edəcək.Azərtac xəbər verir ki, təmsilçimiz “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir finalına adlamaqla növbəti turnirə vəsiqəni əldə edib. Qeyd edək ki, seriya çərçivəsində növbəti yarış martın 13-21-də keçiriləcək.Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour”un sentyabrda keçiriləcək final mərhələsində də iştirak edəcək. O, vəsiqəni “Airthing Masters” turnirinin finalında Ermənistan şahmatçısı Levon Aronyanı məğlub etməklə qazanıb.xeber100.com