“Chessable Masters” turnirində final mərhələsinin ikinci matçı oynanılacaq

4 İyul 2020 22:26

Xəbər 966 dəfə oxunub

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində iyulun 4-də final mərhələsinin ikinci matçı oynanılacaq.Azərtac xəbər verir ki, M.Kalsen hollandiyalı Aniş Giri ilə qarşılaşacaq. Norveçli şahmatçı iyulun 3-də keçirilmiş birinci matçda hollandiyalı rəqibini məğlub edib.“Chessable Masters” M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin – “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə – “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ – “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.xeber100.com