“Chevron” neft şirkəti 2019-cu ilin sonuncu rübünün maliyyə hesabatını açıqlayıb. Hesabatda şirkətin son 10 ildə ən çox ziyana düşdüyü dövrlər əksini tapıb.Azərtac “Chevron”un məlumatına istinadla bildirir ki, bunun səbəbi Appalaçia regionunda şist qazı hasilatı üzrə sahələrin hesabdan silinməsi ilə bağlıdır.Enerji şirkəti dördüncü rübdə 3,73 milyard dollar məbləğində xalis mənfəət barədə məlumat verməklə yanaşı, şist qazı layihəsi və Meksika körfəzinin dərin sularındakı layihələrlə bağlı 10,4 milyard dollar həcmində birdəfəlik xərclərini sadalayıb.Bir səhm üçün 3,51 dollar səviyyəsində xalis ziyan hesablanıb. “Chevron” şirkətinin mədaxili 36 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni rübü ilə müqayisədə təqribən 15 faiz azdır.“Chevron”un rəhbərliyi bildirib ki, şirkətin gündəlik neft hasilatı orta hesabla 3 milyon barreldir. Hesabat açıqlanandan sonra onun səhmlərinin qiyməti 4 faiz düşüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…