Çili Futbol Federasiyası baş məşqçi təyin edildiyini elan edib

9 Yanvar 2018 10:59

Xəbər 745 dəfə oxunub

Çili Futbol Federasiyası Reynaldo Ruedanın baş məşqçi təyin edildiyini elan edib.Azərtac xəbər verir ki, kolumbiyalı mütəxəssislə 2022-ci ilədək müqavilə imzalanıb. Komanda 2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağı təqdirdə sözləşmə artırılacaq.Altmış yaşlı Rueda bir dəfə Honduras millisini dünya çempionatına yüksəldib. Onun ən böyük uğuru isə “Atletiko Nasyonal”la 2016-cı ildə Lebrtodores kubokunu qazanmasıdır.Xatırladaq ki, Çili millisi dünya çempionatına vəsiqə əldə edə bilmədiyinə görə baş məşqçi Xuan Antonio Pissini istefaya göndərmişdi.xeber100.com