Çimərlik futbolu üzrə Avropa Liqası turnirində…

21 İyun 2018 15:14

Xəbər 909 dəfə oxunub

İyunun 22-dən 24-dək Bakıda təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Liqası turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətdə Vaqif Şirinbəyov, Elçin Qasımov, Amid Nəzərov, Comərd Baxşəliyev, Asif Zeynalov, Əbdül Əliyev, Orxan Məmmədov, İlkin Hacıyev, Sabir Allahquliyev və Ramil Əliyev yer alıblar.Millimiz ilk oyununu iyunun 22-də Fransa yığmasına qarşı keçirəcək. Çimərlik futbolçularımız ertəsi gün Belarus, iyunun 24-də isə Portuqaliya yığması ilə qarşılaşacaqlar.Oyunlar Avropa Oyunları Parkında təşkil olunacaq.xeber100.com